Hökumət koronavirusla bağlı vətəndaşlara çağırış etdi

Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb.

Bu barədə “Report”a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

“Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur”, – məlumatda vurğulanıb.

Əvvəlki məqaləBahar Muradovaya vəzifə verildi
Növbəti məqaləMilli Məclis bu qanun layihələrini müzakirə edəcək