190 manat alan şəxslərin övladlarının təhsil haqqı ödəniləcək?

“Qeydiyyat, rəsmiləşmə olmadan 190 manatı vermək çətindir. Bunun rəsmi sənədləşməsi olmalıdır. Çünki sonra bunun hesabatı verilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, 190 manat heç nə etməmək üçün verilən vəsaitdir: “Karantin müddəti uzadıldığı təqdirdə eyni qaydada həmin şəxslərə yardım veriləcək. 50 min işsiz adam ictimai işlərə cəlb olunaraq, 300 manat veriləcək. 2 gün əvvəlki qərara görə, 190 manat alan şəxslərə həm yardım edilir, həm də övladlarının təhsil haqqı ödəniləcək. Yardım dedikdə təkcə 190 manatı götürmək lazım deyil”.

Əvvəlki məqaləKasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı detallar açıqlandı
Növbəti məqaləAzərbaycanda karantin rejimi uzadılacaq?