Operativ Qərargah: Karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür

“Ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir”.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabienti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

“COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.

Əvvəlki məqaləDərslərin dayandırılması müddəti uzadıldı
Növbəti məqaləİran və Gürcüstanla sərhədlər bu vaxta kimi bağlı qalacaq