İran və Gürcüstanla sərhədlər bu vaxta kimi bağlı qalacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

APA xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası və Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

Əvvəlki məqaləOperativ Qərargah: Karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür
Növbəti məqaləBirdəfəlik ödəmə ilə bağlı bu təsnifat açıqlanıb