SMS icazə sistemi bu rayon və şəhərlərdə tətbiq olunacaq

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Əvvəlki məqaləAzərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Növbəti məqaləTicarət obyektləri, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa olunur?