Bu məhkəmə hakimləri vəzifədən azad edilib

Milli Məclisin iclasında bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması təklif olunub.

Layihə səsverməyə çıxarılaraq, qəbul edilib.

Əvvəlki məqalə6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Növbəti məqaləMilli Məclisin mətbuat xidmətinin rəhbəri dəyişdi