Milli Məclisin mətbuat xidmətinin rəhbəri dəyişdi

Akif Təvəkküloğlu Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bu barədə sərəncam imzalayıb.

Spikerin digər sərəncamı ilə Elnar Məmmədov Milli Məclisin mətbuat xidmətinin rəhbəri təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, yeni təyinat alan Elnar Məmmədov AzTV-nin əməkdaşıdır.

O, dövlət televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisidir. Eyni zamanda, “Əsas məsələ”, “Hədəf” verilişlərinin aparıcısıdır.

Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi.

Əvvəlki məqaləBu məhkəmə hakimləri vəzifədən azad edilib
Növbəti məqaləAli Məhkəməyə və Bakı Apelyasiya Məhkəməsinə hakimlər təyin edilib