Bankların maliyyə vəziyyətini pisləşdirən səbəblər açıqlanıb

“Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı araşdırmalar göstərir ki, son vaxtlar maliyyə vəziyyəti pisləşmiş bankların problemləri oxşardır”.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

“Məlum 4 bankdan 3-ü – “Atabank”, “NBC Bank” və müəyyən dərəcədə “Amrah Bank” bazara açıq olmayan, sahibinin biznesinə qapanmış banklardır. Təəssüf ki, uzaq keçmişimizdən qalmış bir bank modeli var. Bank daxil olduğu böyük bir holdinqə, biznesə xidmət edir. Əhalidən qəbul edimiş əmanətlər də məhz həmin biznesə yönəldilir və itirilir. Yəni, çox riskli kredit siyasəti yürüdülür, böyük iddiaları olan şəxslərin layihələri maliyyələşdirilir, bilinmir bu layihələrin axırı nə olacaq, hətta bank profilindən kənar böyük əmlaklar alınır və son nəticədə vəsaitin yerləşdirilməsi xeyir gətirmir. Aşağı səviyyədə idarəetmənin olması, risk menecmentinin olmaması kimi problemlər var”, – deyə o, qeyd edib.

Əvvəlki məqaləİşdən çıxarılan icra başçısı həbs edildi
Növbəti məqaləApellyasiya məhkəmələrinə sədrlər təyin edildi – SİYAHI