“Əlil” və “qüsur” sözləri parlamentdə müzakirəyə çıxarılır

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

“Report”un xəbərinə görə, həmin qanunda bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilir.

Belə ki, qanunda “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Əvvəlki məqaləPolis postları ilə bağlı rəsmi açıqlama
Növbəti məqaləYeni icra başçısı təyin edildi