Yeni icra başçısı təyin edildi

Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev mayın 13-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov olub. O, bu il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.

Prezident İlham Əliyevin martın 9-da imzaladığlı sərəncamla Aqil Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Əvvəlki məqalə“Əlil” və “qüsur” sözləri parlamentdə müzakirəyə çıxarılır
Növbəti məqaləMetro sərnişinlərinin diqqətinə!