Plastik polietilen torbaların qadağan edilməsi ilə bağlı sənəd hazırlanıb

Polietilen torbalardan istifadə ilə bağlı sənəd artıq hazırdır.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, dövlət qurumlarının müsbət rəyindən sonra sənəd qüvvəyə minəcək.

“Sənəddəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb. 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb. Bu təcrübə Gürcüstan, Türkiyə və bir çox ölkələrdə tətbiq edilib və səmərəli nəticə verib”, – deyə nazir vurğulayıb.

Əvvəlki məqaləBaş prokurora daha 2 müavin təyin edildi
Növbəti məqaləBaş Prokurorluqda yeni rəis təyin edildi