Baş prokurora daha 2 müavin təyin edildi

Azərbaycan Baş prokuroru Kamran Əliyevə yeni təyin olunan müavinlərin adları məlum olub.

“Report”un xəbərinə görə, müvafiq sərəncamla Elmar Camalov və Nazim Rəcəbov Baş prokurorun müavini təyin ediliblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov vəzifəsindən azad olunub. Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib.

Əvvəlki məqaləRüstəm Usubov vəzifədən azad edildi
Növbəti məqaləPlastik polietilen torbaların qadağan edilməsi ilə bağlı sənəd hazırlanıb