İnsan orqanlarının transplantasiyası ilə bağlı qanuna dəyişikliklər müzakirə olunacaq

Milli Məclisdə Azərbaycanda beyin ölümündən sonra şəxsin vəsiyyəti əsasında və digər hallarda insan orqanının və toxumalarının köçürülməsi ilə bağlı yeniliklər müzakirə olunacaq.

APA-nın məlumatına görə, bununla bağlı MM-in Səhiyyə Komitəsinin 2018-ci il yaz sessiyasının iş planına “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişiklər layihəsinin müzakirəsi daxil edilib.

Layihə mart ayına qədər komitə iclaslarının birində müzakirəyə çıxarılacaq, tövsiyə olunduğu təqdirdə həmin ay parlamentin plenar iclasında müzakirə olunacaq.