Parlament Cinayət Məcəlləsinə dəyişikliyi qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

“Report”xəbər verir ki, Məcəlləyə təklif olunan dəyişikliklə, ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

Belə ki, Məcəlləyə edilən dəyişikliklə, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləNazirlər Kabinetinə yeni səlahiyyət verilib
Növbəti məqaləSəhiyyə Nazirliyi təcili yardım üçün həkim axtarır