Rayonlara gedən icazəli şəxslər hansı halda geri qaytarılır?

Pandemiya ilə əlaqədar çox az qurum, təşkilat öz əməkdaşlarını regionlara ezam edir.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “ATV Qərargah” proqramında deyib.

“Bu insanlar çox vacib olduğu üçün ezam edilir. Həmin şəxslər işlərində problem yaşamamaq və postlardan geri qayıtmamaq üçün ailə üzvlərini özləri ilə aparmağa cəhd etməsinlər. Bu gün biz postlarda ezamiyyətə gedən şəxslərin yanında ailə üzvlərinə də rast gəlirik. Məsələ burasındadır ki, ailə üzvlərinin icazəsi olmur. Belə hadisələr olanda həmin nəqliyyat vasitəsi icazəsi olan şəxslə bərabər geri qaytarılır”, – o qeyd edib. (hit.az)