TƏBİB-dən peyvənd açıqlaması

“Bir peyvəndin hazırlanması, satışa çıxarılması uzun prosesdir. Bu istiqamətdə təbii ki, sürətli işlər görülür”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, proses tam şəkildə bitəndən və Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri peyvəndlərin insan orqanizmi üçün xeyri və ziyanı dəyərləndirəndən sonra alınması və istifadəsindən danışmaq mümkün olacaq.

Əvvəlki məqaləYeni prokurorlar təyin edilib
Növbəti məqaləDİN-dən 8103 SMS icazə sistemi ilə bağlı xəbərdarlıq