Səhiyyə Nazirliyi COVID-19-la bağlı yeni platforma yaradıb

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ATU və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə distant təhsil imkanlarını yaradıb, genişləndirilmək üçün www.ecourses.az distant təlim kursları platforması yaradılaraq, istifadəyə verilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, hazırda onlayn platformada 15-dən çox təlim kursu təklif edilir və onların 10-u birbaşa COVID-19 virusunun profilaktika, müayinə və müalicəsi ilə bağlıdır.

Platforma müxtəlif ixtisaslar üzrə tibb işçiləri üçün distant sertifikatlı və sertifikatsız təlim kurslarına keçid təqdim edib, tibb işçilərinin koronavirusa aid biliklərinin artırılması üçün geniş imkanlar yaradıb.

COVID-19 virusu haqqında bilik və təcrübə hər saatla genişləndiyi və dəyişdiyi səbəbindən tibb işçiləri və əhalinin davamlı məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Müntəzəm olaraq, həm əhalinin tibbi savadının artırılması, həm də həkimlər və orta tibb personalının peşəkar bacarıqlarının inkişaf etdirilməsi infeksiya ilə mübarizədə əhəmiyyətli rol oynayır. Onu da qeyd etmək lazımdır ki, yeni təlim onlayn-platformasına, həmçinin, nevrologiya, radiologiya, infeksion xəstəliklər, kardiologiya və digər ixtisaslar üzrə müxtəlif kursların əlavə edilməsi nəzərdə tutulur. Distant təlim kurslarına onlayn qeydiyyat www.ecourses.az portalı vasitəsilə həyata keçirilir.

Əvvəlki məqaləBələdiyyə sədri və keçmiş icra nümayəndəsinin həbsinin görüntüləri yayıldı (VİDEO)
Növbəti məqaləBüdcəyə yenidən baxılacaq – Təkliflər Nazirlər Kabinetinə təqdim edildi