Yeni maliyyə naziri təyin edildi

Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib.

“Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, R.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

Əvvəlki məqaləSabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Növbəti məqaləDaşınmaz əmlakın dövlət reysteri ilə bağlı bu qurumlara tapşırıqlar verilib