Siyavuş Novruzova töhmət verildi

deputat
Siyavuş Novruzov

COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Bu barədə “Report”a YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.

Əvvəlki məqaləQadınlara qarşı zorakılığın daha çox kimlər tərəfindən törədildiyi açıqlandı
Növbəti məqaləRamiz Mehdiyevin kürəkəninə həbs cəzası verildi (Foto)