Bu rayonlara yeni icra başçıları təyin edildi

Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
“Report”un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Mahir Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdihəbs olunmuşdu.

Əvvəlki məqaləAbel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələndi (Foto)
Növbəti məqaləPrezident: “Bəzi rayonlarda sahibkarlar incidilir”