Xüsusi və internat tipli məktəblərin açılacağı tarix açıqlanıb

“Xüsusi məktəblər və ya internat tipli müəssisələr xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılmasını planlaşdırmışıq”.

APA-nın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, burada uşaqlar yataqxanada qaldıqları üçün fərqli protokollardan istifadə olunur: “Amma həmin protokollar hazırlanmaqdadır. Bu, təbii ki, Operativ Qərargahın Tibbi Bölməsi ilə razılaşdırılır. Bu məsələlər razılaşdırıldıqdan sonra ictimaiyyətə təqdim ediləcək”.

Əvvəlki məqaləŞagirdlərə tibbi arayışların verilməsi ilə bağlı açıqlama
Növbəti məqaləUşaq bağçaları nə vaxt açılacaq?