Uşaq bağçaları nə vaxt açılacaq?

“İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, uşaq bağçalarında kiçik yaşlı uşaqların təhsil almasına baxmayaraq, bağçalar ən mürəkkəb təhsil pilləsi hesab olunur.

“Çünki uşaq bağçalarında təhsillə bərabər uşaqlara qayğı da verilir. Distant formada isə qayğı göstərmək mümkün deyil. Bu mənada uşaq bağçaları ilə bağlı təklif edilən plan ondan ibarətdir ki, sentyabr ayının 15-dən mərhələlərlə onların fəaliyyətinə start verilsin”.

Təhsil naziri, həmçinin qeyd edib ki, ilk növbədə virusun yayılması tezliyi aşağı olan yerlərdən başlanılacaq: “Oktyabr ayının 1-nə qədər situasiyanın pisləşməsi müşahidə edilmirsə, mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə uşaq bağçalarının açılması təklif edilir”.

Əvvəlki məqaləXüsusi və internat tipli məktəblərin açılacağı tarix açıqlanıb
Növbəti məqaləİcazəsi olan şəxslər həftəsonu rayonlara buraxılmayacaq