Bir valideynini itirmiş şəxslər təhsil haqqından azad oluna bilər

Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər edəcək.

APA-nın məlumatına görə, bu məsələ MM-in Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının iş planına daxil edilib.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, dəyişiklik layihəsində 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

Layihənin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.