Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb.

Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi səlahiyyətinə də malik olacaq.

Əvvəlki məqaləƏmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə hesablanır?
Növbəti məqaləBu uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək