190 manatın verilməsinə başlanılıb

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir.

Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək.

Əvvəlki məqaləBu günlərdə ictimai nəqliyyat işləməyəcək
Növbəti məqaləDövlət qulluqçularının xidməti ilə bağlı bu qayda müəyyənləşdi