Gələn il yaşayış minimumu 196 manat olacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib.

Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləBu hərbçilərin uşaqlarına müavinətin verilməsi ilə bağlı layihə qəbul olundu
Növbəti məqaləFərdi Məşğulluq Proqramı nədir və ora necə müraciət edilir?