Milli Məclisdə əfv etmə-amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək

Parlamentin İnsan Hüquqları komitəsində yaz sessiyası müddətində 2 dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisinin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.

Komitədə sessiya müddətində 18 iyun – Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə və “Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin” keçirilməsi nəzərdə tutulub.

Əvvəlki məqaləParlamentin İnsan hüquqları komitəsi yanında Çevik Qrup yaradılacaq
Növbəti məqaləTəhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama