Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

“Heç bir təhsil işçisinin koronavirus əleyhinə vaksin edilməsində məcburetmə halı olmayacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O xatırladıb ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:

“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. Heç bir məcburetmə halı burada qeyd olunmayıb”.

Əvvəlki məqaləŞagirdlərin tibbi maskadan istifadəsi məcburidir?
Növbəti məqaləUn və çörəklə bağlı vergi güzəştlərinin müddəti artırılır