Konstitusiya Məhkəməsi bu müraciətə baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, toplantıda İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciətinə baxılıb və icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 24-nə təyin edilən iclasında baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 110-cu madəsi inzibati xəta haqqında işin baxılması yerini müəyyən edir. 110.1-ci maddəyə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

Əvvəlki məqaləDirektor olmaq istəyənlərin diqqətinə!
Növbəti məqaləFevralın 15-də hansı universitetlər əyani tədrisi bərpa edəcək?