Məcburi köçkün statusu nə vaxt götürüləcək?

“Məcburi köçkünlər öz ərazilərinə gedənədək onların məcburi köçkün statusu götürülməyəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bütün imtiyazları da olduğu kimi qalacaq: “Heç kim bu kimi fikirləri yaymağa çalışmasın. Onların övladlarının da məcburi köçkün statusu götürülməyəcək. Onların övladlarının təhsil haqqını dövlət qarşılayacaq”.

Əvvəlki məqalə“Azərişıq” əlavə ödənişlərə aydınlıq gətirdi
Növbəti məqaləParlamentinə yeni mətbuat katibi təyin edilib