Qanunvericiliyə bu məlumatlarla bağlı maddə daxil edilir

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

“Report”un xəbərinə görə, dəyişikliklə məcəlləyə yeni maddə (81-1-ci maddə: Dövlət informasiya sistemlərinin (ehtiyyatlarının) məlumatları) əlavə olunur.

Yeni maddə aşağıdakı kimidir:

81-1.1 Bu məcəllənin 192., 192.2, 192.3, 194, 195.2, 496.2, 540.1 və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatlarından istifadə edilir.

81-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir.

Əvvəlki məqaləTəhsil Nazirliyindən dərslərlə bağlı açıqlama
Növbəti məqaləPrezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb