“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb

Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Benefisiar.org Dövlət Məşğulluq Agentliyinin vebsəhifəsinə istinadən xəbər verir ki, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan şəhid ailəsinin üzvləri, müharibə əlilləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər bu layihədə iştirak etməklə Dünya Bankının dəstəyi ilə öz kiçik bizneslərini qura biləcəklər. Beş il ərzində ümumilikdə 22 min işsiz şəxsi əhatə edəcək “Məşğulluğa Dəstək Layihəsi”  çərçivəsində bu il 6 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulmasına dəstək göstərilir:

 

  1   Un məmulatları istehsalı

(kiçik çörəkbişirmə və şirniyyat sexi)

  15   Qadın gözəllik salonu
  2   PVC qapı və pəncərə hazırlanması   16   Avtomobil şinlərinin təmiri
  3   Kişi bərbərxanası   17   Avtoyuma
  4   Mebel

(Kəsmə, Bant vurma, Oyma işləri)

  18   Avtoçilingər
  5   Dəmirçi   19   Dülgər
  6   Avtotornaçı (tokar)   20   Dönərçi
  7   Parket və taxta döşəmə cilalanması   21   Yem üyütmə xidməti

(mini yem dəyirmanı)

  8   Avtoelektrik   22  Yun darama
  9   Meyvə qurutma   23   Naxış vurma
  10   Fitness (idman)   24   Təlim-tədris
  11   Tekstil məhsulları istehsalı

(kiçik dərzi sexi)

  25   Musiqiçi
  12   Broyler inkubatoru   26   Ayaqqabı təmiri və istehsalı
  13   Poliqrafiya xidmətləri   27   İstixana
  14   Foto xidməti

 

Layihədə iştirak etmək üçün qeydiyyat onlayn qaydada www.e-sosial.az  portalında, Məşğulluq Altsistemində “Məşğulluğa Dəstək Layihəsi”  bölməsində, DMA vebsəhifəsində http://www.dma.gov.az  və ya  Ərazi Məşğulluq Mərkəzləri və DOST mərkəzlərinə də müraciət edərək qeydiyyatdan keçmək olar.

Layihəyə müraciət qaydası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanıb.

Əlavə məlumat almaq üçün: 142 – Çağrı mərkəzi.

Əvvəlki məqaləƏrizə Nümunələri
Növbəti məqaləDirektorların işə qəbulu ilə bağlı imtahan keçiriləcək