Pensiyaların ödənilməsi bu tarixdə nəzərdə tutulur

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi mart ayının 5-i tarixinə nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.