Vətəndaşlar prokurorluq orqanlarına belə müraciət edə bilərlər – VİDEO

Baş Prokurorluq vətəndaşların prokurorluq orqanlarına müraciət etməsi ilə bağlı videoçarx hazırlayıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən kompleks islahatlar prokurorluq orqanlarında da davam etdirilməklə modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılmaqdadır:

“Aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən müxtəlif maarifləndirici videoçarxlar hazırlanaraq ictimailəşdirilir.

Hazırkı təqdim olunan videoda isə vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları ilə bağlı izah verilib. Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz”.

Əvvəlki məqaləAliment Fondunun yaradılması təklif olundu
Növbəti məqaləUşağı övladlığa götürən qohumlara hansı prosedurlar tətbiq olunmayacaq?