Əfv Komissiyasının sonuncu iclası bu tarixdə keçiriləcək

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, komissiyanın növbəti toplantısı martın 17-də keçiriləcək.

Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq.

Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.