Bakı Nəqliyyat Agentliyi bu marşrutun hərəkət sxemini dəyişdirib

Bakı Nəqliyyat Agentliyi (BNA) 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini müvəqqəti dəyişdirib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi – Şüvəlan yolu ilə hərəkət edirlər.

Əvvəlki məqaləƏfv Komissiyasının sonuncu iclası bu tarixdə keçiriləcək
Növbəti məqaləDirektorların işə qəbulu üzrə imtahanlar bu tarixdə keçiriləcək