Pandemiyada məktəblərin fəaliyyətinə dair sorğunun nəticələrini açıqlanıb

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 612-dən çox rəy qəbul edilib.

“Report” Təhsil Nazirliyinə istinadən xəbər xəbər verir ki, sorğu iştirakçılarının 17,2 faizi ümumi təhsil müəssisələrinin fəaliyyətinin mövcud qaydada davam etdirilməsini, 45,7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini təklif edib.

Sorğuda iştirak edənlərin 6,3 faizi yalnız V-IX siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 19,5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsini təklif edib.

11,3 faiz isə digər səbəbləri seçib.

Əvvəlki məqaləBakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
Növbəti məqaləHazırlıq kursları fəaliyyətini davam etdirəcəkmi?