Bu marşrut xətlərinin hərəkət qrafiki müvəqqəti dəyişdirilib

Təmirlə əlaqədar Bakıda iki marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb.

Əvvəlki məqaləBalıqçılıq sahəsi üzrə hüquqi baza yaradıla bilər
Növbəti məqaləRus bölməsinə şagird qəbulu ilə bağlı açıqlama verildi