“Məktəbəhazırlıq qruplarına qeydiyyat tarixi hələ dəqiqləşməyib”.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Report”un sualını cavablandırarkən deyib.
O qeyd edib ki, qeydiyyatın yay aylarında, iyun-iyulda olması gözlənilir: “Lakin pandemiya şəraiti və digər səbəblərlə əlaqəli proses uzadıla və ya əvvələ çəkilə bilər. Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.