Bu halda birinci sinfə qeydiyyat ənənəvi qaydada aparıla bilər

“Bakı şəhəri üzrə Təhsil İdarəsində də I sinfə qəbulla bağlı daxili əmr imzalanıb və tapşırıqlar verilib”.

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

Onun sözlərinə görə, şagird qəbulu qaydalara uyğun həyata keçiriləcək, internet çıxışı olmayan vətəndaşlar üçün alternativ qeydiyyat mərkəzləri həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Tədrisi digər dildə aparılan bölmələr üzrə müsahibələr üçün lazımi tapşırıqlar verilib, müvafiq komissiyalar yaradılıb: “Sabahdan vətəndaşların onlayn qeydiyyat prosesinə tam hazırıq”.

Əvvəlki məqaləRus bölməsinə şagird qəbulu ilə bağlı açıqlama verildi
Növbəti məqaləMəktəbə hazırlıq qruplarına qeydiyyatın bu tarixdə başlanması gözlənilir