Yaşı 8-dən yuxarı uşaqların təhsilə cəlb olunması ilə bağlı açıqlama

“Yaşı 8-dən yuxarı olan uşaqlar bu yaşa qədər tədrisə cəlb olunmayıbsa, onda bu şəxslər fərdi təhsilə cəlb olunur”. APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, bunun üçün həmin uşaqların valideynləri yaşadıqları ərazilərdəki məktəblərə və yerli təhsil idarəetmə orqanlarına müraciət edə bilərlər.

O həmçinin deyib ki, 7 yaşındakı uşaq da I sinfə qeydyyatdan keçə bilər: “Bu, valideynin öz seçimidir. Amma uşağın 6 yaşından məktəbə getməsi daha məqsədəuyğundur”.

Əvvəlki məqaləMəktəbə hazırlıq qruplarına qeydiyyatın bu tarixdə başlanması gözlənilir
Növbəti məqaləƏlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək