Bu müəllimlər də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə biləcək

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimaiyyətin fikrinin öyrənilməsi, həmçinin prosesin təkmilləşdiriməsi məqsədi ilə sorğu keçirilib.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, ictimai rəy öyrənildikdən sonra hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib.

Həmçinin, müsabiqənin test imtahanı mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.

Əvvəlki məqaləMəktəbəhazırlıq və ibtidai siniflərdə tədris prosesi dayandırılır
Növbəti məqaləBaş Prokurorluq korrupsiya ilə üzləşən vətəndaşlara müraciət etdi