8 və 16 may ictimai nəqliyyat fəaliyyət göstərəcəkmi?

Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Əvvəlki məqaləKütləvi dini ibadət və mərasimlərin keçirilməsi qaydası müəyyənləşdi
Növbəti məqalə“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilib