DSMF-nin nizamnaməsinə, “ASAN ödəniş”in isə əsasnaməyə dəyişiklik edildi

Prezident İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report”un xəbərinə görə, dəyişikliklə Nizamnamənin 5.7-ci bəndinə “saxlanma xərcləri” sözlərindən sonra “dövlət icbari şəxsi sığortası vəsaitləri” sözləri əlavə edilib.

Dəyişikliklə Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri və dövlət icbari şəxsi sığortası vəsaitləri istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir.

Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report”un xəbərinə görə, Əsasnamənin 1.2.1-ci bəndinə dəyişiklik edilib.

Dəyişikliklə “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini, bu barədə inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə (qısa mesaj – SMS vasitəsilə) və elektron ünvanına (olduğu halda) məlumat verilməsini təmin etməlidir.

Əvvəlki məqaləPrezident sığorta ilə bağlı fərman imzaladı
Növbəti məqaləSığorta vəsaitləri şəhid ailələri və qazilərin sosial müdafiəsinə yönəldiləcək