Sertifikasiya həkimlərə nə qazandırır?

“Həkimlərin sertifikasiya imtahanında olan suallar praktikaya əsaslanan mövzularla bağlıdır. Praktikadan gələn həkimlərin suallara cavab verməsi üçün çox vaxt sərf olunmur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

M.Mirzəzadə bildirib ki, sertifikasiya imtahanından keçməyən şəxslərin diplomlarını heç kim almır: “Onlar sadəcə tibbi fəaliyyətə buraxılmır. Sertifikasiya heç bir işçini işdən azad etmir. Hər hansı tibbi müəssisənin rəhbəri həkimlərin sertifikasiya imtahanında iki dəfə uğur qazana bilməyən işçiləri barədə Əmək Məcəlləsinə uyğun olaraq qərar verə bilər, yəni işdən çıxara bilər. Bu, onların öz qərarıdır”.

Əvvəlki məqaləBu rayonlarda modul tipli məktəblər quraşdırılacaq – SİYAHI
Növbəti məqaləOmbudsman Aparatında uşaqlarla bağlı sektor yaradılıb