Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq (Yenilənib)

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

“Report”un əldə etdiyi məlumata görə, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir.

Belə ki, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.

Əvvəlki məqaləKarantin rejiminin müddəti uzadıldı
Növbəti məqaləKarantinlə bağlı aradan qaldırılan məhdudiyyətlər – TAM MƏTN