Məhkəmə ilə bağlı bu dövlət rüsumu müəyyənləşir

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyənləşir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əvvəlki məqaləMəhkəmələr əsassız vəsatət və şikayət verən vəkili cərimələyə biləcəklər
Növbəti məqaləMəhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumlarının dərəcələri dəyişir