Prezident yanında dövlət qurumlarının işçilərinin əməkhaqqı artırılıb

Dövlət başçısının 3 mart tarixli sərəncamı ilə bəzi büdcə təşkilatlarının işçilərinin əməkhaqqı martın 1-dən 10% artırılıb. Siyahıya Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, AMEA Gəncə şöbəsinin aparatı, Heydər Əliyev Mərkəzi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Milli Ensiklopediya, Atatürk Mərkəzi, Dövlət arxivi və onun filialları, Hərbi Əsirlər, Girovlar və İtkin Düşənlər üzrə Dövlət Komissiyası, Narkomaniyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Elmin İnkişafı Fondu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyi, prezident yanında Gənclər Fondu, prezident yanında “Bilik” Mərkəzi, Multikulturalizm Mərkəzi daxildir.

Dövlət başçısının 3 mart tarixli digər sərəncamı ilə mədəniyyət, gənclər və idman müəssisələrinin işçilərinin əməkhaqqı martın 1-dən 10% artırılıb.