Bu məhsullar vergi və gömrük rüsumundan azad edilə bilər

“Milli Məclisin payız sessiyasında kitab məhsullarının vergi və gömrük rüsumlarından azad edilməsi məsələsi müzakirə ediləcək”.

Bunu APA-ya açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, ümumiyyətlə, komitə tərəfindən payız sessiyasında “2022-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin, “Lombardlar haqqında” qanun layihəsinin, “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik edilməsinin, “Vergi Məcəlləsi”nə dəyişikliyin (kitab məhsullarının vergilərdən və gömrük rüsumlarından azad edilməsi) və s. məsələlərin müzakirə olunub, qəbul edilməsi planlaşdırılır.

Əvvəlki məqaləİctimai nəqliyyatda COVID-19 pasportu tələb olunur?
Növbəti məqaləPrezidentin köməkçisindən karantin məhdudiyyətləri ilə bağlı açıqlama