Prezident aqrar sahə ilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının İqtisadi Şurasının səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, İqisadi Şura aqrar sahədə sığortanın inkişaf etdirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsini təmin edəcək. Əvvəl bu səlahiyyət Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında idi.

Əvvəlki məqaləFəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Növbəti məqaləDİN-dən “PlayStation” zallarına giriş qaydası ilə bağlı açıqlama